Mağazan haradadır? (1-ci hissə)


İstəsən bu hissəni birgə oxuyaq? 👇
Təsəvvür et ki, şəhərin ən gözəl küçəsində bir mağaza açmısan. İçini də bəzəmisən, məhsullarını da düzmüsən. Amma problem budur ki, kimsə bilmir sənin mağazan haradadır. Çöldə nə lövhə var, nə vitrin, nə də qapısında bir yazı. Kim gəlib səni tapacaq?
Sosial media da eynilə belədir. Bir çox sahibkar səhifə açır, amma onu doğru-düzgün hazırlamır. Halbuki sosial media sənin virtual mağazandır.
Ona daxil olan izləyici ilk 5 saniyədə aşağıdakı suallara cavab tapmalıdır:
Bu səhifədə nə satılır?
Bu məhsul / xidmət kim üçündür?
Güvənə bilərəm?
Necə əlaqə saxlaya bilərəm?
Əgər bu suallar cavabsızdırsa, demək, sənin mağazan hələ “açılmayıb”.
Kiçik sirr:
Profilini belə düşün:
Profil foto — mağazanın ilk baxışda görünən vitrini
Bio — qapıdakı lövhə, qısa, aydın və cəlbedici
Highlight-lar — vitrinə düzülmüş məhsullar
Postlar — mağazanın içindəki məhsullar və təqdimatın
Bunlar yerində deyilsə, müştəri sadəcə yoldan keçən olacaq, müştəriyə çevrilməyəcək.
Məsələn:
Bir kurs düşün.
Bio-da yazılıb:
"Xoş gəlmisiniz! Burada faydalı məlumatlar var."
Bu, mağazanın qapısında “Gəlin baxın, görün nə var” yazmaq kimidir.
Bəs bu belə olmalıdır? Əlbəttə yox!
Doğru bio belə olar:
"Abituriyentlər üçün onlayn qəbul hazırlığı. Dərslər, məsləhətlər və dəstək."
Bax bu oldu başqa məsələ. Müştəri səhifəyə girən kimi dərhal kim üçün, nə üçün və nə ala biləcəyini anlayır.
Tapşırıq:
İndi Instagram və Facebook səhifəni götür qoy qabağına və diqqətlə bax, gör bu 4 sualın cavabı var:
Profil şəklin sənin markanı, məhsulunu və ya xidmətini layiqincə təmsil edir?
Bio sənin kim olduğunu, nə etdiyini və kimə xidmət etdiyini izah edir?
Əlaqə məlumatları (WhatsApp, telefon, link və s.) görünür və işləkdir?
İzləyici ilk baxışdan səhifənin izləməyə dəyər olduğunu hiss edir?
Səmimi ol. Sən və mən bilirik ki, çox vaxt bu detallar unudulur. Amma yaxşı xəbər budur ki, sən artıq bu vacib məsələnin fərqindəsən. İndi başla bu dediklərimə əsasən səhifəni qəşəngcə yenilə.
Əzcümlə:
İnstaqram səhifən susqun vitrin yox,
danışan və dəvət edən bir mağaza olsun.
Növbəti (2-ci hissə) isə daha bir vacib addımı birlikdə atacağıq!
Hörmətlə
Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında ətraflı məlumat üçün buradan keçid edin.
İmamverdi Behbudlu ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün instaqram səhifəsini ziyarət edin.
Subscribe to my newsletter
Read articles from Imamverdi Behbudlu directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Imamverdi Behbudlu
Imamverdi Behbudlu
As a Solopreneur Coach and AI-powered storytelling strategist, I help solo business owners build impactful personal brands and grow with clarity. I specialize in creating structured digital marketing systems that blend storytelling, AI tools, and content strategy — allowing solopreneurs to save time, stand out online, and convert audience into loyal clients. With hands-on experience in both digital marketing and brand storytelling, I guide creators and coaches to find their unique voice, package their expertise, and build marketing systems that work — even when they’re not online. Let’s connect if you’re ready to systemize your solo brand and grow with purpose.