Mağazan kimlər üçündür? (2-ci hissə)


İstəsən bu hissəni birgə oxuyaq? 👇
Bloqun ümumi icmalı (geniş yazımı oxumağa vaxtı olmayanlar üçün)
Kimin üçünsənsə, onu axtaran səni tapacaq
Bir söz var deyirlər: "Hamı üçünsənsə, heç kim üçün deyilsən." Bəlkə də çox eşitmisən, amma gəl bunun nə demək olduğunu bir az konkretləşdirim: Kimin üçünsənsə, onu axtaran səni tapacaq!
Sosial mediada hər kəs bir şey paylaşır, amma çox az adam kimə paylaşdığını dəqiq bilir. Bu, ən çox rast gəlinən və ən böyük səhvlərdən biridir. Çünki bu, elə bil meşədə hara uçduğunu bilmədən bir ox atmaq kimidir — bəlkə də hədəfə dəyər, amma çox güman ki, havada itib-batar.
“Hamı üçünsənsə, heç kim üçün deyilsən”
Bu ifadə çox sadə, amma yerində bir prinsipdir.
Təsəvvür et ki, şəhərin mərkəzində bir mağaza açmısan. Gözəl də bəzəmisən. İçəri girən hər kəsin diqqətini çəkmək istəyirsən deyə, hər növ məhsul satırsan:
Uşaq oyuncaqları
Gəlinliklər
Balıq ovu ləvazimatları
Mətbəx avadanlıqları
Telefon aksesuarları
Kənd təsərrüfatı alətləri
və s.
Müştəri içəri girir və ilk sualı bu olur: "Bura nə mağazasıdır axı?" Heç nə başa düşmür, çaşır və çıxıb gedir. Müəyyən bir hədəfi olmayan mağaza müştərinin yaddaşında iz buraxmır və böyük ehtimalla, o mağazadan heç nə almadan çıxıb gedir.
Sosial mediada da eynidir
Sənin səhifən də belədir. Əgər hədəfini bilmirsənsə, səhifəyə girən insan başa düşmür ki, sən onun üçünsən, yoxsa başqası üçün. Çünki:
Kontentin mövzuları dağınıq olur
Stil və dizayn bir-birini tutmur
Dil və üslub dəyişkən olur
Heç kim səhifə ilə emosional bağ qura bilmir
Amma bir anlıq fərz et ki, qərara gəlmisən ki, bu mağaza yalnız balıqçılar üçündür. Onda hər şey dəyişir.
Hədəf seçəndə nə baş verir?
İndi mağazaya girən balıqçı deyir: "Bəh-bəh, bura tam mənlik mağazadır!"
Çünki:
Vitrinlərdə balıqçı qarmaqları, torlar, qayıq avadanlıqları, suda istifadə olunan xüsusi paltarlar var
Mağaza dizaynı dəniz, göl, balıq ovçuluğu hissini yaşadır
Reklamlarında yazılıb: “Peşəkar və həvəskar balıqçılar üçün hər şey”
Satıcı belə balıqçılara uyğun dillə danışır: “Qardaş, çayın üstündə hansı qarmağı istəyirsən?!”
Beləcə, balıqçı müştəri özünü istənilən və anlaşılan hiss edir.
Sosial mediada sən də eynisini etsən, əla olar
Əgər sən, məsələn, yalnız gənc müəllimlər üçün kontent hazırlayırsansa:
Mövzuların müəllimliklə bağlı olacaq
Dilində müəllimlərin gündəlik istifadə etdiyi ifadələr olacaq
Rənglər və dizayn da bu auditoriyaya uyğun olacaq
Müəllim səhifəyə baxan kimi anlayacaq: "Bura mənim kimilər üçündür."
Beləcə, sən o müəllim üçün dəyərli, faydalı və yaxın bir brend olacaqsan.
Qızıl Qayda:
Əvvəlcə KİM üçün olduğuna qərar ver, sonra NƏ və NECƏ anlatacağını müəyyən et.
İndi de görək, hədəf auditoriyan kimdir?
Onların yaşı neçədir?
Harada yaşayır?
Nə istəyir?
Nədən qorxur?
Əsl ehtiyacları nələrdir?
Həyatında hansı problemlə mübarizə aparır?
Sənin məhsulun və ya xidmətin ona necə kömək edir?
Sənin məhsulun və ya xidmətin onda hansı dəyəri yaradır?
Metafora:
Sosial media = bazar yeri. Amma sən bu bazarda sənin məhsulunu alacaq konkret insanlara səslənməlisən, yoxsa səs-küydə itəcəksən.
Tapşırıq:
Öz ideal müştərinin profilini təsəvvür et.
Ad qoy, sanki real insandır.
- Məsələn: "Aytac — 29 yaşlı balaca biznes sahibi, əl işləri ilə məşğuldur, satışlarını artırmaq istəyir, amma marketinq bilmir."
Onun məlumatlarını sistemli şəkildə yaz.
İnan, bundan sonra yazdığın hər post daha dəqiq və təsirli olacaq.
BONUS: Mən bu tapşırığı tələbələrimə və mentilərimə verdiyimdə çoxu çətinlik çəkirdi. İdeal müştərinin kim olduğunu yazanda ilişib qalırdılar. Bəziləri də tapşırığı edəndən sonra yenidən yazıb soruşurdu: "Müəllim, müştəri profili dedikdə bunu nəzərdə tutursunuz?"
Sənin də belə çətinlik yaşaya biləcəyini düşündüm. Ona görə də burada fərqli sahələr üçün nümunə müştəri profilləri əlavə etmişəm.
Xahiş edirəm, tam başa düşmək üçün aşağıdakı profillərin üzərinə kliklə və bax. Ən yaxşısı, hamısını oxuyasan. Amma çox darıxdırıcı gəlsə, öz sahənə ən uyğun olanı seç və onu oxu. Sonra isə eyni qaydada öz biznesin üçün müştəri profilini hazırla.
Dərzi — Kəmalə
Müştəri: Aytac
Yaş: 28
Harada yaşayır?: Bakı
Nə istəyir?: Toyu üçün xüsusi paltar
Nədən qorxur?: Hazır geyimlərdə fərqlənməməkdən və bədəninə oturmamasından
Əsl ehtiyacı: Ona xüsusi tikilən, zövqlü və bədəninə tam uyğun bir paltar
Problemi: Bazarda ya bahalı, ya da sıradan modellər var
Xidmətin faydası: Fərdi tikilmiş, keyfiyyətli və bənzərsiz gəlinlik
Yaratdığı dəyər: Aytac öz toyunda özünü gözəl və xüsusi hiss edir, fərqlənir və rahat olur.
Psixoloq — Zaur
Müştəri: Sevinc
Yaş: 33
Harada yaşayır?: Gəncə
Nə istəyir?: Ailə münasibətlərində dəstək
Nədən qorxur?: Qeyri-peşəkar psixoloqa rast gəlməkdən və problemini paylaşmaqdan
Əsl ehtiyacı: Güvənə biləcəyi, empatik psixoloq
Problemi: Münasibətlərdə uzunmüddətli gərginlik
Xidmətin faydası: Empatik yanaşma və praktik həll yolları
Yaratdığı dəyər: Sevinci münasibətlərdə rahatlıq, güvən və balans tapır.
Rəssam — Cahangir
Müştəri: Orxan
Yaş: 35
Harada yaşayır?: Sumqayıt
Nə istəyir?: Ofis və ev üçün unikal tablolar
Nədən qorxur?: Orijinal olmayan, sıradan işlər almaqdan
Əsl ehtiyacı: Yalnız onun üçün çəkilən fərdi rəsmlər
Problemi: Standart bazar məhsullarına məhkum olmaq
Xidmətin faydası: Fərdi, hekayəsi olan və dəyərli tablolar
Yaratdığı dəyər: Ofisi və evi üçün fərdi, dəyərli və ilhamverici mühit yaradır.
Network Marketer — İlham
Müştəri: Aygün
Yaş: 29
Harada yaşayır?: Bakı
Nə istəyir?: Əlavə gəlir və şəxsi biznes qurmaq
Nədən qorxur?: Satış bacarığının və təcrübəsinin olmaması
Əsl ehtiyacı: Addım-addım dəstək və inandırıcı sistem
Problemi: Çətinlik çəkir məhsulu tanıtmaqda və cəlb etməkdə
Xidmətin faydası: Onlayn və offline satış metodikası, komanda qurma bacarıqları
Yaratdığı dəyər: Daha çox insan cəlb edir və gəlirini artırır.
Diyetoloq — Səadət
Müştəri: Nigar
Yaş: 27
Harada yaşayır?: Bakı
Nə istəyir?: Sağlam və professional pəhriz
Nədən qorxur?: Təsirsiz və ya sağlamlıq üçün riskli pəhrizlərdən
Əsl ehtiyacı: Fərdi və elmi əsaslı qidalanma planı
Problemi: İnternetdə çoxlu dezinformasiya
Xidmətin faydası: Fərdi və təhlükəsiz pəhriz planı
Yaratdığı dəyər: Sağlam, enerjili və ideal bədənə sahib olur.
Fotoqraf — İlqar
Müştəri: Fidan
Yaş: 25
Harada yaşayır?: Mingəçevir
Nə istəyir?: Toy üçün fərqli və romantik çəkiliş
Nədən qorxur?: Standart və ruhsuz fotolar almaqdan
Əsl ehtiyacı: Xatirə olaraq illərlə baxacağı hekayəvi fotolar
Problemi: Çəkilişləri ciddiyə alan fotoqraf tapa bilmir
Xidmətin faydası: Hekayə ilə dolu, kreativ və emosional fotolar
Yaratdığı dəyər: Xatirələrini illər boyu sevə-sevə izləyəcək unikal albom əldə edir.
Uşaq inkişaf mərkəzi — Aytən
Müştəri: Gülnar
Yaş: 32
Harada yaşayır?: Bakı
Nə istəyir?: Uşağının inkişafını gücləndirmək
Nədən qorxur?: Övladının inkişafdan geri qalmasından
Əsl ehtiyacı: Etibarlı və keyfiyyətli inkişaf proqramı
Problemi: Bazarda çox mərkəz var, amma keyfiyyət sualdır
Xidmətin faydası: Peşəkar və nəticəyə yönəlik inkişaf proqramı
Yaratdığı dəyər: Uşaq daha güclü nitq və sosial bacarıqlara sahib olur.
Marketinq konsultantı — Elvin
Müştəri: Kamran
Yaş: 38
Harada yaşayır?: Quba
Nə istəyir?: Məhsullarını bazarda tanıtmaq
Nədən qorxur?: Pul xərcləyib fayda görməməkdən
Əsl ehtiyacı: Sadə və yerinə düşən marketinq strategiyası
Problemi: Marketinqdən tamamilə uzaqdır
Xidmətin faydası: Real nəticə verən praktik marketinq planı
Yaratdığı dəyər: Məhsulları daha çox tanınır, müştəri sayını və satışları artırır.
Diş həkimi — Vüsalə
Müştəri: Nurlan
Yaş: 29
Harada yaşayır?: Şəki
Nə istəyir?: Estetik diş proseduru
Nədən qorxur?: Diş həkimi fobiyası və bahalı prosedurlar
Əsl ehtiyacı: Rahat və ağrısız diş estetikası
Problemi: Həmişə prosedurlardan qaçır
Xidmətin faydası: Güvənli və komfortlu prosedur
Yaratdığı dəyər: Dişlərinə və gülüşünə güvənir, rahatlıqla sosiallaşır.
Şirniyyatçı — Leyla
Müştəri: Ülkər
Yaş: 30
Harada yaşayır?: Lənkəran
Nə istəyir?: Uşaq ad gününə xüsusi tort
Nədən qorxur?: Tortun keyfiyyətsiz və uşağa uyğun olmamasından
Əsl ehtiyacı: Uşağın sevdiyi mövzuda fərdi tort
Problemi: Hazır tortlarda fərqlilik yoxdur
Xidmətin faydası: Zövqlü, sağlam və fərdi hazırlanmış tort
Yaratdığı dəyər: Uşaq və qonaqlar üçün unudulmaz və sevincli ad günü tortu
Fitnes məşqçisi — Samir
Müştəri: İbrahim
Yaş: 40
Harada yaşayır?: Bakı
Nə istəyir?: Kökəlmədən qurtulmaq və sağlamlıq
Nədən qorxur?: Çətin proqramlar və motivasiya əskikliyi
Əsl ehtiyacı: Real həyatına uyğun sadə məşq və pəhriz
Problemi: İşlədiyi üçün zamansızlıq və qeyri-motivasiya
Xidmətin faydası: Sadə, motivasiyaedici və nəticəyə aparan proqram
Yaratdığı dəyər: Daha sağlam, enerjili və özünə güvənən həyat tərzi qazanır.
Müəllim — Günel
Müştəri: Məryəm
Yaş: 21
Harada yaşayır?: Bakı
Nə istəyir?: Magistratura imtahanına hazırlaşır
Nədən qorxur?: Müəllimin qeyri-peşəkar və darıxdırıcı dərs keçməsindən
Əsl ehtiyacı: Effektiv, sadə və motivasiyaedici müəllim
Problemi: Özbaşına öyrəndikdə çətinlik çəkir
Xidmətin faydası: Fərdi yanaşma və nəticəyə yönəlik hazırlıq
Yaratdığı dəyər: İmtahana inamla hazırlaşır və biliklərini sistemləşdirir.
Hüquqşünas — Fərid
Müştəri: Zamiq
Yaş: 42
Harada yaşayır?: Sumqayıt
Nə istəyir?: Boşanma və ailə hüququ üzrə məsləhət
Nədən qorxur?: İşini itirməkdən və prosesin uzanmasından
Əsl ehtiyacı: Sakit və effektiv hüquqi dəstək
Problemi: Prosesin necə işlədiyini bilmir
Xidmətin faydası: Aydın yol xəritəsi və psixoloji dəstək
Yaratdığı dəyər: Hüquqi problemi tez və stresssiz həll edir.
Rəqs müəllimi — Şəbnəm
Müştəri: Xədicə
Yaş: 26
Harada yaşayır?: Bakı
Nə istəyir?: Zumba və rəqs dərsləri
Nədən qorxur?: İştirak etdiyi qruplarda özünü narahat hiss etməkdən
Əsl ehtiyacı: Səmimi, rahat və motivasiyalı dərslər
Problemi: Çəkinir və məşqləri yarımçıq buraxır
Xidmətin faydası: Enerjili və əyləncəli dərs mühiti
Yaratdığı dəyər: Özünü güvənli və azad hiss edir, istirahət və idmanı birləşdirir.
Psixoterapevt — Elşən
Müştəri: Elvin
Yaş: 30
Harada yaşayır?: Gəncə
Nə istəyir?: Stress və panik atak problemini həll etmək
Nədən qorxur?: Stereotiplər və ətrafın münasibəti
Əsl ehtiyacı: Peşəkar və empatik dəstək
Problemi: Yalnız və çarəsiz hiss edir
Xidmətin faydası: Etibarlı dəstək və fərdi terapiya proqramı
Yaratdığı dəyər: Həyat keyfiyyətini bərpa edir və özünə güvən qazanır.
Təlimçi — Rövşən
Müştəri: Səid
Yaş: 31
Harada yaşayır?: Naxçıvan
Nə istəyir?: Liderlik və komanda idarəetməsi bacarığını inkişaf etdirmək
Nədən qorxur?: Rəhbərlik etdiyi komandada motivasiya və nəticənin olmaması
Əsl ehtiyacı: Praktiki və nəticəyə yönəlik təlim
Problemi: Komanda ilə effektiv işləyə bilmir
Xidmətin faydası: Peşəkar təlim, praktiki alətlər və mentorluq
Yaratdığı dəyər: Komandada motivasiya və nəticə artır, liderlik bacarığı güclənir.
İT mütəxəssisi — Kamal
Müştəri: Fərqanə
Yaş: 37
Harada yaşayır?: Bakı
Nə istəyir?: Onlayn satış platformasının qurulması
Nədən qorxur?: Texniki problemlər və vaxt itkisi
Əsl ehtiyacı: Sadə və işlək e-commerce sayt
Problemi: Onlayn satış kanalı yoxdur
Xidmətin faydası: İstifadəyə hazır, rahat idarə olunan e-ticarət platforması
Yaratdığı dəyər: Onlayn satışa başlayır və yeni müştəri qazanır.
Mühasib — Sevda
Müştəri: Rəşad
Yaş: 39
Harada yaşayır?: Mingəçevir
Nə istəyir?: Kiçik biznesi üçün düzgün mühasibatlıq
Nədən qorxur?: Cərimələr və hesabatlarda yanlışlıqlar
Əsl ehtiyacı: Sadə, dəqiq və etibarlı mühasibat dəstəyi
Problemi: Maliyyə və vergi işlərində çətinlik
Xidmətin faydası: Sənədləşmə, vergi və maliyyə işlərinin sistemli təşkili
Yaratdığı dəyər: Rahat və risksiz biznes idarəçiliyi əldə edir.
SMM Mütəxəssisi — Nigar
Müştəri: Kamal
Yaş: 35
Harada yaşayır?: Sumqayıt
Nə istəyir?: Brendinin sosial media idarə olunması
Nədən qorxur?: Pul xərcləyib nəticə əldə etməməkdən
Əsl ehtiyacı: Peşəkar və strategiyalı kontent planı
Problemi: Özünün və komandasının marketinq biliyi zəifdir
Xidmətin faydası: Kontent, reklam, satış və nəticəyə yönəlik SMM xidməti
Yaratdığı dəyər: Müştəri axını və brend dəyəri artır.
Handcrafter (Əl işləri) — Sevda
Müştəri: Xəyalə
Yaş: 27
Harada yaşayır?: Gəncə
Nə istəyir?: Hədiyyə üçün fərdi əl işi
Nədən qorxur?: Keyfiyyətsiz və adi məhsul almaqdan
Əsl ehtiyacı: Sevdiyinə unikal, əllə hazırlanmış hədiyyə
Problemi: Bazarda orijinallıq və fərdilik azdır
Xidmətin faydası: Yalnız onun üçün hazırlanmış məhsul
Yaratdığı dəyər: Hədiyyə verdiyi insanı sevindirir və fərqlənir.
Web Developer — Elvin
Müştəri: Zaur
Yaş: 31
Harada yaşayır?: Bakı
Nə istəyir?: İstifadəçi dostu və funksional sayt
Nədən qorxur?: Texniki problemlər və uzun müddət gözləmək
Əsl ehtiyacı: Sadə, sürətli və mobil uyğun sayt
Problemi: Mövcud sayt köhnəlib və yavaş işləyir
Xidmətin faydası: Müasir, funksional və sürətli sayt
Yaratdığı dəyər: Onlayn imicini və satış potensialını artırır.
Satış mütəxəssisi — Rauf
Müştəri: Murad
Yaş: 33
Harada yaşayır?: Lənkəran
Nə istəyir?: Satış bacarıqlarını inkişaf etdirmək
Nədən qorxur?: Müştəri ilə ünsiyyətdə inamsız olmaqdan
Əsl ehtiyacı: Praktiki və asan tətbiq olunan satış texnikaları
Problemi: Dəfələrlə imtina almaqdan yorulub
Xidmətin faydası: Praktiki satış texnikaları və psixologiyası
Yaratdığı dəyər: Satışları artır və özünə güvən qazanır.
Mebel mağazası — Zəfər
Müştəri: Lalə
Yaş: 39
Harada yaşayır?: Mingəçevir
Nə istəyir?: Evini tamamlamaq üçün mebel
Nədən qorxur?: Keyfiyyətsiz və dayanıqsız məhsul almaqdan
Əsl ehtiyacı: Zövqlü və keyfiyyətli mebel
Problemi: Bazarda çox seçim var, amma inandırıcı deyil
Xidmətin faydası: Keyfiyyət zəmanətli və dizayn baxımından fərqli mebellər
Yaratdığı dəyər: Evinə uyğun, uzunömürlü və zövqlü mebel əldə edir.
Kofeşop — Səbuhi
Müştəri: Zəhra
Yaş: 25
Harada yaşayır?: Bakı
Nə istəyir?: Rahat atmosferdə dincəlmək və keyfiyyətli kafe təcrübəsi
Nədən qorxur?: Müştəriyə laqeyd və keyfiyyətsiz xidmət almaqdan
Əsl ehtiyacı: Rahat, isti və fərqli kafe mühiti
Problemi: Standart kafelərdə özünü narahat hiss edir
Xidmətin faydası: Rahat atmosfer, xüsusi menyu və keyfiyyətli xidmət
Yaratdığı dəyər: Özünü evdəki kimi hiss etdiyi, daimi gedəcəyi bir məkan tapır.
Şəxsi İnkişaf Mentoru — Zaur
Müştəri: Elnur
Yaş: 29
Harada yaşayır?: Bakı
Nə istəyir?: Özünü və həyatını inkişaf etdirmək
Nədən qorxur?: Özünü kəşf edə bilməməkdən və potensialını itirməkdən
Əsl ehtiyacı: Peşəkar dəstək və fərdi planlama
Problemi: Həyatında yolunu və motivasiyanı itirib
Xidmətin faydası: Özünü tanıma, məqsəd və motivasiya əldə etmə
Yaratdığı dəyər: Həyatına aydınlıq, məqsəd və balans gətirir.
Yəqin ki, sən də görürsən xüsusi bir incəliklə hazırlamışam bu 7 hissəlik bloq yazılarını, tapşırıqları. Çalışmışam ki, mövzunu ən sadə şəkildə izah edim ki, bu marafona qoşulan bütün şəxslər tam şəkildə mənimsəyə bilsinlər.
Və mən çox istəyərdim ki, bu marafondan 1000-lərlə insan faydalan bilsin. Bu mövzuda sən də paylaşım edərək bu gözəl təşəbbüsümə dəstək ola bilərsən? Məsələn, instaqram hekayəndə, votsap hekayəndə paylaşa bilərsən. Ya da ən yaxşısı mən həddimi aşıb göstəriş verməyim, sənə necə uyğun olsa, elə paylaşarsan.
Əvvəlcədən təşəkkürlər. Növbəti (3-cü) hissədə görüşənədək.
Hörmətlə
Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında ətraflı məlumat üçün buradan keçid edin.
İmamverdi Behbudlu ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün instaqram səhifəsini ziyarət edin.
Subscribe to my newsletter
Read articles from Imamverdi Behbudlu directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Imamverdi Behbudlu
Imamverdi Behbudlu
As a Solopreneur Coach and AI-powered storytelling strategist, I help solo business owners build impactful personal brands and grow with clarity. I specialize in creating structured digital marketing systems that blend storytelling, AI tools, and content strategy — allowing solopreneurs to save time, stand out online, and convert audience into loyal clients. With hands-on experience in both digital marketing and brand storytelling, I guide creators and coaches to find their unique voice, package their expertise, and build marketing systems that work — even when they’re not online. Let’s connect if you’re ready to systemize your solo brand and grow with purpose.