Bazarda boş yer qalmayıb (4-cü hissə)

💡
Bu məktub el dilində yazılmışdır. Əgər yazılanlar sənə çox sadə gəlsə, bu məktubun peşəkar dildə yazılmış versiyası da mövcudur. Peşəkar dildə yazılmış versiyasını oxumaq üçün linkə keçid et: 4. hissə — Dolu bazarda fərqlənmək: Diqqət iqtisadiyyatında mövqe tutmaq

İstəsən bu hissəni birgə oxuyaq? 👇

Bir bazarı təsəvvür et. Hər tərəf doludur, səs-küy, minlərlə satıcı, rəngbərəng məhsullar... Adam haraya baxacağını bilmir. Elə sosial media da bu cür bir bazardır — artıq boş yer yoxdur. Hər kəs nəsə satır, danışır, paylaşır.

Amma bu qədər səs-küydə fərqlənmək mümkündür? Bəli, mümkündür! Necə ki, bazarda bir-iki satıcı olur ki, uzaqdan baxanda belə diqqətimizi çəkir.

Bəs onların sirri nədir?

Cavab sadədir: Gözəl, səliqəli və məqsədli təqdimat.

Sosial mediada da belədir:

  • Düzgün dizayn

  • Səliqəli rəng seçimi

  • Oxunaqlı yazılar

  • Aydın və konkret mesaj

İnsanlar ilk 2-3 saniyədə postu "scroll" edirlər ya da durub oxuyurlar. Sən o 3 saniyəni qazanmalısan!


Metafora:

Sən də bazar yerindəki o diqqətçəkən satıcı olmalısan!

Yoxsa, səs-küy səni udacaq.


Tapşırıqlar:

  1. Canva və ya istədiyin hər hansı dizayn proqramında 2 sadə, lakin səliqəli post hazırla.

    • 1-ci post: Məhsulunu və ya xidmətini tanıtdıran.

    • 2-ci post: Faydalı bir ipucu və ya tövsiyə.

  2. Bu 2 postu hazırlayanda aşağıdakı qaydalara fikir ver:

    • Çox yazı yazma, aydın və az olsun.

    • Marka rənglərini istifadə et.

    • Font çox xırda və ya dolaşıq olmasın.

    • Vizualın məqsədi və mesajı ilk baxışdan bilinsin.

Unutma, gözəl və səliqəli görünən kontent sənə pul qazandırır. İstədiyin kimi danışa bilərsən, amma vitrin pisdirsə, kimsə dayanmır.


Bəs gözəl vizualları harada hazırlayaq?

Bu, marafonda ən çox verilən suallardan biridir.

Cavab sadədir: Canva!

Bu, peşəkar dizayner olmadan, səliqəli və cəlbedici vizuallar hazırlaya biləcəyin, çox rahat və intuitiv bir proqramdır.


Canva-nın yaratdığı imkanlar:

✅ Yüzlərlə hazır dizayn şablonu

✅ Brend rənglərini və şriftlərini qeyd edib sonrakı işlərini asanlaşdırmaq

✅ Animasiya, video və GIF-lər yaratmaq

✅ Mockuplar, sosial media, təqdimat, broşur, afişa və bir çox dizayn növləri

✅ Tək kliklə dizaynlarını PDF, PNG, MP4 kimi saxlamaq və paylaşmaq

✅ AI dəstəyi ilə “Magic Design” funksiyası

Amma bu imkanların tam açılması üçün Canva Pro lazım olur.


Bəs Canva Pro necə əldə edilir?

Normalda Canva Pro üçün hər ay 25 AZN ödəməlisən. Yəni, bir il ərzində 300 AZN-dən çox.

Amma mən marafonda gördüm ki, iştirakçıların çoxu bu sahəyə yeni başlayır və bəlkə də indi 25 AZN-lik aylıq ödəniş etmək istəməz. Ona görə sənə belə bir fürsət təklif edirəm:


Kiçik bir jest — Mənim Canva klassım

Sadəcə 10 AZN simvolik ödənişlə Behbudlu Academy-nin Canva klassına qoşulub:

  • Ömürlük Canva Pro funksiyalarından istifadə edə bilərsən,

  • Pro şablonlar, premium elementlər, yazı tipləri, animasiyalar və digər bütün Pro xüsusiyyətlər açılacaq,

  • Ödənişsiz və məhdudiyyətsiz istifadə edəcəksən.

Qeyd: Canva klassımda yerlər məhduddur.

Ümid edirəm ki, sən bu yazını oxuyanda hələ də sənə yer qalmışdır. 😊

Canva klassımıza qoşulub ömürlük Canva Pro əldə etmək üçün bu linkə daxil ol, ödəniş et və özün üçün yer tut.

👇

https://behbudlu.com/p/canva-pro/

Ömürlük CANVA PRO hesabı (güvənirli)

https://behbudlu.com/p/canva-pro

👆

Əgər bu barədə nəsə sualın yaransa və yaxud da qoşularkən hər hansı çətinliyin olsa, Behbudlu Academy-nin koordinatoru Röya xanımla (050 677 25 16) əlaqə saxla, o sənə bu mövzuda kömək edəcək.

Növbəti hissədə isə niyə hər postda alıcı ilə səmimi üslubda söhbət etməlisən, onu öyrənəcəyik.

Hörmətlə

Imamverdi Behbudlu


Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında ətraflı məlumat üçün buradan keçid edin.

İmamverdi Behbudlu ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün instaqram səhifəsini ziyarət edin.

0
Subscribe to my newsletter

Read articles from Imamverdi Behbudlu directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Imamverdi Behbudlu
Imamverdi Behbudlu

As a Solopreneur Coach and AI-powered storytelling strategist, I help solo business owners build impactful personal brands and grow with clarity. I specialize in creating structured digital marketing systems that blend storytelling, AI tools, and content strategy — allowing solopreneurs to save time, stand out online, and convert audience into loyal clients. With hands-on experience in both digital marketing and brand storytelling, I guide creators and coaches to find their unique voice, package their expertise, and build marketing systems that work — even when they’re not online. Let’s connect if you’re ready to systemize your solo brand and grow with purpose.