Alıcı ilə söhbət et (5-ci hissə)


İstəsən bu hissəni birgə oxuyaq? 👇
Fikir ver, bazarda bir satıcı var ki, qışqırmır, sadə və səmimi dillə deyir:
"Gəl bacı, bax bu şal təmiz yundandır, həm də bu havalar üçün əla olar."
Və bir də var, sadəcə məhsulu göstərir, heç bir şey demir, sanki alıcı özü anlasın deyə gözləyir. Səncə, kimdən alarlar?
Sosial mediada da bu belədir. Postların sadəcə şəkil və quru məlumat olmamalıdır. Müştəri səninlə söhbət etmək istəyir. Sən isə postla, sanki onunla danışmalısan. Onun hiss etdiyi problemi anlayıb, mehribanlıqla, həll yolunu göstərməlisən.
Metafora:
Post = Sənin müştəri ilə bir stəkan çay süfrəsində söhbətin
Soyuq, rəsmi və quru danışsan, adam çayı belə içmədən durub gedər.
Yaxşı post necə olmalıdır?
Danışıq dilində, səmimi.
Müştərinin problemini başa düşən.
Onun hisslərini nəzərə alan.
Özünü yuxarıdan aparmadan, dostcasına həll təklif edən.
Tapşırıq:
Sənin məhsul və ya xidmətini həll kimi təqdim edə biləcəyin bir real problem düşün. Buna biz müştəri problemi deyirik. Belə bir problem tapırsan.
İndi həmin o müştəri problemi ilə əlaqəli bir post yaz. Elə yaz ki, sanki dostuna bu məsələni izah edirsən:
Problemi təsvir et.
Niyə belə olur deyə başa sal.
Kiçik bir faydalı ipucu ver.
❌ Çətin sözlər, çox uzun cümlələr yox!
✅ Səmimi, qısa və rahat dildə danış.
Tapşırıq nümunəsi 1: Xidmət sahəsi, məsələn SMM xidməti
Müştəri problemi:
“Reklam edirəm, amma satış olmur.”
Post nümunəsi:
Başlıq:
“Pul xərcləyirsən, amma satış olmur? 😔”
Mətn:
“Sən də bəzən elə reklam verirsən ki, bəyənmə gəlir, amma səbət dolmur?
Narahat olma, çoxlarının başına gəlir.
Səbəb nədir bilirsən?
Çünki məhsulu almadan əvvəl müştəri suallarının cavabını tapmayıb:
Mənə bu lazımdırmı?
Niyə elə bu məhsulu almalıyam?
Biz reklamdan əvvəl bu suallara cavab verən kontentlər hazırlayırıq. Satış da məhz ondan sonra başlayır.”
Kiçik ipucu:
“Reklama başlamazdan əvvəl 3 post hazırla:
✅ Məhsul kim üçündür?
✅ Niyə almağa dəyər?
✅ Alandan sonra nə qazanacaq?”
Tapşırıq nümunəsi 2: Məhsul sahəsi, məsələn, dəri çanta satışı
Müştəri problemi:
“Çanta alıram, 1-2 aya sıradan çıxır.”
Post nümunəsi:
Başlıq:
“Yeni aldığın çanta tez sıradan çıxır? 😓”
Mətn:
“Müştərilərimiz tez-tez deyir:
‘Dəri deyirlər, amma 1-2 aya soyulur.’
Biz isə məhsulda keyfiyyətə söz vermişik.
Çantalarımız tam orijinal, əl işi dəridən hazırlanır və 2 il zəmanət veririk.
Belə olanda çantan həm dəbli, həm də uzunömürlü olur.”
Kiçik ipucu:
“Dəri məhsulunu seçəndə həmişə tikiş yerinə bax — səliqəli və möhkəm tikiş keyfiyyətin əsas göstəricisidir.”
Tapşırıq nümunəsi 3: Təlim və ya kurs sahəsi, məsələn, danışıq dili kursu
Müştəri problemi:
“İngilis dilində danışıram, amma sərbəst deyiləm.”
Post nümunəsi:
Başlıq:
“İngilis dilində qrammatikan var, amma danışa bilmirsən? 🤐”
Mətn:
“Düzünü desək, bunu çox adam yaşayır.
Kurslara gedirik, qrammatikanı bilirik, amma söhbət zamanı elə bil beynimiz donur.
Bizim danışıq əsaslı kursumuzda ilk dərsdən real situasiyalarda danışırıq — qrammatikanı danışaraq öyrənirik.
Və ən əsası, səhv etməkdən qorxmamağı öyrədirik.”
Kiçik ipucu:
“Danışığa hazırlaşarkən hər gün 5 dəqiqə öz-özünə səslə danış. Beyin danışıq refleksinə uyğunlaşmağa başlayacaq.”
Tapşırıq nümunəsi 4: Network marketing sahəsi üçün
Müştəri problemi:
“Daim əlavə gəlir axtarıram, amma bilmirəm necə qazana bilərəm.”
Post nümunəsi:
Başlıq:
“Əlavə gəlir istəyirsən, amma haradan başlayacağını bilmirsən? 🤷♀️”
Mətn:
“Bugünkü dövrdə çoxları deyir:
‘Kaş əlavə gəlirim olaydı, amma nə iş görəcəyimi bilmirəm.’
Görünür çoxlarımızın əlavə qazanc ehtiyacı yaranır.
Və əslində əlavə qazanc üçün çox xüsusi bir şeylər etməyə ehtiyac yoxdur.
Sadəcə görmək lazımdır. O qədər fürsətlər var ki…
Məsələn, gündəlik istifadə etdiyin və bəyəndiyin məhsulları başqalarına tövsiyə edərək, kiçik, amma davamlı gəlir əldə etmək mümkündür.”
Kiçik ipucu:
Öz ətrafında artıq belə məhsul və xidmətləri düşün. Bəlkə sən də bunu edə bilərsən?
Bu cür postlar potensial müştərilərinizdə belə bir hiss yaradacaq:
"Bu adam məni anlayır və doğrudan da kömək edə bilər."
Beləliklə inam yaranır və inam varsa, satış da gəlir.
Növbəti (6-cı) hissədə isə sənə göstərəcəyəm ki, reklamı necə qorxmadan, amma ağılla etməlisən.
Hörmətlə
Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında ətraflı məlumat üçün buradan keçid edin.
İmamverdi Behbudlu ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün instaqram səhifəsini ziyarət edin.
Subscribe to my newsletter
Read articles from Imamverdi Behbudlu directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Imamverdi Behbudlu
Imamverdi Behbudlu
As a Solopreneur Coach and AI-powered storytelling strategist, I help solo business owners build impactful personal brands and grow with clarity. I specialize in creating structured digital marketing systems that blend storytelling, AI tools, and content strategy — allowing solopreneurs to save time, stand out online, and convert audience into loyal clients. With hands-on experience in both digital marketing and brand storytelling, I guide creators and coaches to find their unique voice, package their expertise, and build marketing systems that work — even when they’re not online. Let’s connect if you’re ready to systemize your solo brand and grow with purpose.