Sosial media bir bağ kimidir | SMM dərsi 7-ci hissə


İstəsən məktubu birgə oxuyaq? 👇
Təsəvvür et, bir həftədir ki, kiçik bir bağ salırsan. Torpağı belləmisən, toxum səpibsən, suvarmısan, günəşin altında çalışmısan.
Və nəhayət, ilk cücərtilər görsənir — yaşıl, təravətli, ümid dolu.
Sən də bu 7 gün ərzində sosial media bağını qurmağa başladın:
Profilini düzəltdin ✅
Müştərini tanıdın ✅
Postlarını planlaşdırdın ✅
Səmimi dil tapdın ✅
Hətta nəyi reklam etmək lazım olduğun da öyrəndin ✅
Bu zəhmət yavaş-yavaş meyvə verəcək. Sən artıq sadəcə paylaşan biri deyilsən, praktiki düşünən və səni əsas məqsədə aparan kontentlər yaradan bir sahibkarsan.
Metafora:
Sosial media = bağ.
Əkdin, qulluq etdin, indi isə böyütmək və məhsul yığmaq vaxtıdır.
Amma unutma, indi başladığın bu yolun davamı da var.
Daha professional, daha dərin və daha təsirli addımlar üçün, bu işin heç kimin danışmadığı gizli sirri var:
👉 Storytelling — yəni məhsulunu, xidmətini və ya biznesini hekayələrlə izah etmək.
Sadə dillə desək:
Müştərinin hisslərinə toxunmaq,
Onu özündə görmək,
Onun başına gəlmiş bir hadisə kimi danışmaq,
Və sonda satış etmək, amma bunu hiss etdirməmək.
Tapşırıq:
Səhifəndə bir post yaz — problem + həll + səmimi nümunə və ya hekayə.
Bu postu yazdıqdan sonra görəcəksən ki, izləyicilər fərqli reaksiya verirlər.
FİNAL VİDEOSU 👇
Xüsusi təklif:
Əgər istəyirsənsə, bu 7 günlük təməli daha da möhkəmləndirə bilərsən.
Mən bu mövzuda sənə storitellinq əsaslı marketinq xidmətimi, mentorluğumu və ya təlimimimi təklif edirəm.
Qısacası sənə aşağıdakı mövzularda kömək edə bilərəm:
Sosial media marketinq konsultasiya xidmətimdən faydalan bilərsən.
1-1 mentorluq (fərdi dərs) proqramıma qoşularaq hər şeyi özün bir-bir praktika edərək öyrənib tətbiq edə bilərsən.
Əgər "Bəli, mənə lazımdır" deyirsənsə, sadəcə mənə instaqramdan bu barədə yazıb bildirməyin kifayətdir. Qismət olarsa, birlikdə məsafələr qət edərik 💙
Hörmətlə
Subscribe to my newsletter
Read articles from Imamverdi Behbudlu directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Imamverdi Behbudlu
Imamverdi Behbudlu
As a Solopreneur Coach and AI-powered storytelling strategist, I help solo business owners build impactful personal brands and grow with clarity. I specialize in creating structured digital marketing systems that blend storytelling, AI tools, and content strategy — allowing solopreneurs to save time, stand out online, and convert audience into loyal clients. With hands-on experience in both digital marketing and brand storytelling, I guide creators and coaches to find their unique voice, package their expertise, and build marketing systems that work — even when they’re not online. Let’s connect if you’re ready to systemize your solo brand and grow with purpose.